Açıq Bankçılıq ekosistemi genişlənməkdə davam edir. Bu inkişafın növbəti mərhələsi olaraq artıq Unibank da ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qismində Açıq Bankçılığa qoşulub.
Cashless.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankı bildirib.
Məlumata əsasən bu inteqrasiya sayəsində indi Unibank hesablarınızı digər bank tətbiqlərindən də rahatlıqla idarə edə bilərsiniz.
“Unibank-ın Açıq Bankçılıq ekosisteminə qoşulması rəqəmsal maliyyə xidmətlərinin inkişafına təkan verməklə yanaşı, istifadəçilər üçün daha çevik, təhlükəsiz və müasir həllərin formalaşmasına imkan yaradır”, – deyə qeyd olunub.

