ABŞ prezidenti Donald Trump-ın imzası gələcək dollar əskinaslarına əlavə ediləcək.
Cashless.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bu qərarla ABŞ tarixində ilk dəfə olaraq dövriyyədə olan kağız pulların üzərində fəaliyyət göstərən prezidentin imzası yer alacaq. Ənənəvi olaraq isə dollar əskinasları yalnız Maliyyə naziri və Xəzinədarın imzaları ilə buraxılırdı.
Qeyd olunub ki, bu addım ABŞ-nin 250 illik yubileyinə təsadüf edir.
ABŞ Xəzinədarı Brandon Beach bildirib ki, prezidentin “Amerikanın Qızıl Dövr iqtisadi dirçəlişinin memarı” kimi töhfələri danılmazdır və onun imzasının əskinaslarda yer alması, həm əsaslı, həm də uyğun qərardır”.

