2026-cı ilin fevralında ölkə üzrə e-kommersiya əməliyyatlarının sayı 128 milyona çatıb. Müvafiq dövrdə e-kommersiya əməliyyatlarının həcmi isə 7.1 milyard manata yüksəlib.
Cashless.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına istinadən yazır ki, aylıq artım say baxımından 2.3%, həcm baxımından isə 8.7% çoxdur.

