Epoint sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Kampaniya çərçivəsində bizneslər aylıq 5 000 manatadək dövriyyə üzrə 3 ay ərzində 0% komissiya ilə onlayn ödəniş qəbul edə biləcəklər.
Təklif onlayn satış edən və ya e-ticarətə başlamağı planlaşdıran kiçik və orta bizneslər üçün nəzərdə tutulub.
Kampaniyaya 1–30 sentyabr tarixlərində qoşulmaq mümkündür, güzəştli şərtlər isə dekabrın 1-dək qüvvədə olacaq. Təklifdən yeni müştərilərlə yanaşı, mövcud müştərilər də kampaniya şərtlərinə keçid etməklə yararlana bilərlər.
Epoint-in baş icraçı direktoru Zeynal Kərimzadə bildirib ki, yeni təklifin məqsədi kiçik və orta biznesin rəsmi onlayn ödəniş qəbuluna keçidini asanlaşdırmaq və sahibkarlara kampaniya şərtləri daxilində komissiyasız ödəniş qəbul etmək imkanı yaratmaqdır.

