2026-cı ilin yanvar-aprel aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 70 milyon 452,1 min manat vəsait qaytarılıb.
Cashless.az Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, qaytarılan məbləğ pərakəndə ticarət, iaşə obyektlərindən alınmış mallara, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik orkestr konsertlərinə, tibbi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdəki mehmanxanalarda gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-ni əhatə edir.
Qeyd edək ki, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları üzrə ödənilən ƏDV geri qaytarılmır.
Bundan əlavə, 2026-cı ilin ilk 4 ayında xarici vətəndaşlara “tax free” çərçivəsində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən 2 milyon 758,4 min manat ƏDV qaytarılıb.

