2026-cı ilin yanvar–avqust aylarında “ƏDV geri al” mexanizmi çərçivəsində istehlakçılara 139 milyon 829,14 min manat qaytarılıb.
Eyni dövrdə yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alınması zamanı ödənilmiş ƏDV-nin 23 milyon 206,73 min manatı müvəkkil banklar vasitəsilə fiziki şəxslərə qaytarılıb.
Bununla yanaşı, xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi vasitəsilə 6 milyon 208,3 min manat ƏDV geri ödənilib.

