2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 17 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların ümumi həcmi 62,8 milyard manat təşkil edib.
Cashless.az xəbər verir ki, bu məbləğin 19,7 milyard manatı elektron pulun emissiyası və elektron pul vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının payına düşür.
Digər 43,1 milyard manat isə müxtəlif ödəniş xidmətləri üzrə aparılan əməliyyatların həcmini təşkil edir.

