2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 151,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,8% artıb.
Hesabat dövründə ölkə üzrə ümumi pərakəndə ticarət dövriyyəsi 38 milyard 358,5 milyon manat olub. Elektron ticarətin bu dövriyyədə payı isə 0,39% təşkil edib.
Elektron ticarət statistikasına internet, ekstranet və digər informasiya sistemləri vasitəsilə malların alqı-satqısı üzrə həyata keçirilən pərakəndə əməliyyatlar daxildir.

