X (keçmiş Twitter) platforması dizayn departamentinə yeni rəhbər təyin edib. Şirkət Aave və Base platformalarında çalışmış Benji Taylor-ı dizayn direktoru vəzifəsinə gətirib.
Cashless.az xəbər verir ki, təyinat platformanın maliyyə xidmətləri istiqamətində addımlarını gücləndirdiyi dövrə təsadüf edir.

Belə ki, Elon Musk-a məxsus X hazırda X Money adlı ödəniş sistemi üzərində işləyir. Sistem daxili test mərhələsindədir və 2026-cı ilin aprelində istifadəyə verilməsi planlaşdırılır.
X Money istifadəçilərə vahid platformada ödənişlər, yığım hesabları və kriptovalyuta inteqrasiyası təqdim etməyi hədəfləyir. Yeni dizayn rəhbərinin kripto və DeFi sahəsində təcrübəsi bu istiqamətdə şirkətin strategiyası ilə uyğunlaşır.
Qeyd edək ki, Benji Taylor daha əvvəl kripto cüzdanı hazırlayan Los Feliz Engineering şirkətini qurub. Bu layihə 2023-cü ildə Aave tərəfindən satın alınıb. O, son olaraq Coinbase-in Layer 2 şəbəkəsi olan Base platformasında çalışıb.

