Milyarder Elon Musk yeni rəqəmsal ödəniş xidmətini işə salır.
“X Money” adlandırılan yeni xidmət aprel ayından fəaliyyət göstərəcək. Bu xəbərdən sonra “Dogecoin” dəyər əldə edib, ancaq kripto bazarında ümumi azalmalardan sonra son 24 saatda 2.5% enib.
Məlumatda bildirilir ki, Visa və lisenziyalı törəmə şirkəti ilə əməkdaşlıq çərçivəsində ABŞ-nin 40-dan çox ştatında istifadəçilərə şəxsdən-şəxsə pul köçürmələri, bank depozitləri, debet kartı və keşbek (nağd geri qaytarma) mükafatları təklif edir.
Bildirilir ki, “X Money” steyblkoin məhsulu olmasa da, eyni müştəri ehtiyaclarını qarşılayır. Belə ki, insanlar müxtəlif tənzimləyici yollarla bank təkliflərindən daha yaxşı geridönüşlər axtarırlar. Qeyd edək ki, “X Money” X tətbiqində istifadə olunan yeni fintex/ödəniş sistemidir.

