Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət sırasında banklar da yer alır.
Cashless.az xəbər verir ki, bununla bağlı olaraq Dövlət Vergi Xidməti ötən il üzrə ən çox vergi ödəyən şirkətlərin ümumi siyahısını hazırlayıb.
Bildirilir ki, siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb. Aşağıda sıra nömrəsi bankın 100-lükdə mövqeyini ifadə edir və rəqəmlər milyon manatladır.
11 – Kapital Bank ASC 131,9
12 – Azərbaycan Beynəlxalq Bankı ASC 123,5
18 – PAŞA Bank ASC 78,7
40 – Bank Respublika ASC 32,1
43 – Unibank Kommersiya Bankı ASC 30,6
49 – Xalq Bankı ASC 28,1
51 – AccessBank QSC 27,6
82 – Azər-Türk Bank ASC 16,4
92 – Yelo Bank ASC 15,0
93 – Bank of Baku ASC 15,0
Ümumilikdə, bu 10 bank dövlət büdcəsinə 498,9 mln manat vergi ödəyib.

