Eynar Abdullayev Epoint-in Azərbaycandakı fəaliyyətinə Baş İcraçı Direktor (CEO) kimi rəhbərlik edəcək.
O, bundan əvvəl GoldenPay-də İdarə Heyətinin sədri olub, daha sonra isə şirkətin Müşahidə Şurasının üzvü təyin edilib.
Şirkətin məlumatına görə, bu dəyişiklik Epoint-in inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Yeni CEO qarşısında Epoint-in Azərbaycandakı biznesinin inkişaf etdirilməsi, texnoloji platformanın gücləndirilməsi, məhsul portfelinin və tərəfdaş ekosisteminin genişləndirilməsi kimi əsas vəzifələr dayanır.
Zeynal Kərimzadə isə Epoint-in təsisçisi olaraq qalacaq və əsas diqqətini beynəlxalq ekspansiyaya, strateji investisiyaların cəlb edilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və şirkətin xarici bazarlarda inkişafına yönəldəcək.
Hər iki rəhbərə yeni fəaliyyət istiqamətlərində uğurlar arzulayırıq.

