Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Görünməyən Təhlükə” layihəsi çərçivəsində Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları kibertəhlükəsizlik sahəsində həyata keçirilən maarifləndirmə təşəbbüsləri və müasir dövrdə aktuallıq kəsb edən kibertəhdidlər barədə məlumat veriblər.
Buraxılış zamanı vətəndaşların onlayn mühitdə qarşılaşa biləcəyi risklər, bu təhlükələrdən qorunma üsulları, eləcə də rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat təqdim olunub.

