“Forbes” nəşri ənənəvi olaraq bu ilin milyarderlər siyahısını açıqlayıb.
Ardıcıl 2 ildir ki, siyahıya biznesmen Elon Musk 839 milyard dollarlıq pulu ilə başçılıq edir. Və o, dünyanın ilk trilyonçusu statusuna da namizəddir. Daha öncə isə o, 800 milyard dollarlıq sərvəti ötmüşdü.
Növbəti yerləri isə 257 milyard dollar sərvəti ilə “Google”un həmtəsisçisi Larry Page, Sergey Brin isə 237 milyard dollar ilə üçüncü olub. Növbəti yerləri isə “Amazon” şirkətinin qurucusu Jeff Bezos 224 milyard dollar sərvəti ilə, “Meta” şirkətinin rəhbəri isə 222 milyard dollarlıq sərvəti ilə tutub. Renkinq ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, bu il rekord sayda milyarder qeydə alınıb. Nə az nə çox, düz 3428 nəfər. Bu isə 2025-ci illə müqayisədə 400 nəfər artıb. Bu isə 1987-ci ildən bəri ən yüksəyidir. Ümumi sərvətin həcmi isə 20.1 trilyon dollardır, ötən ilki nəticə 16.1 trilyon dollardan artıb. Ölkələr üzrə ən çox milyarderi olanlar isə sıra ilə ABŞ (989 nəfər), Çin (539 nəfər) və Hindistan (229 nəfər) olub. Həmçinin əvvəlki illərdə olduğu kimi bu il də siyahıya yeni milyarderlər daxil olub.

