ABŞ-də istehlakçı fırıldaqçılığı (fraud) nəticəsində itkilər 2020-ci ildən bəri 5 dəfə artıb.
Cashless.az xəbər verir ki, ölkənin Federal Ticarət Komissiyası (FTC) bildirir ki, 2025-ci ildə istehlakçılardan 3 milyon fırıldaqçılıq şikayəti daxil olub və ümumi zərər 15,9 milyard dollar təşkil edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə ciddi artım deməkdir. Belə ki, 2024-cü ildə istehlakçılar 2,6 milyon şikayət təqdim etmiş və ümumi itkilər 12 milyard dollardan çox olmuşdu.
Ən çox qeydə alınan fırıldaqçılıq növü 2020-ci ildən bəri olduğu kimi yenə də “özünü başqa şəxs kimi təqdim etmə” (imposter scams) olub. Bu kateqoriya üzrə 1 milyondan çox müraciət daxil olub və istehlakçılar 3,5 milyard dollardan çox zərər gördüklərini bildiriblər.
Bununla yanaşı, ən böyük maliyyə itkisi investisiya fırıldaqçılıqları ilə bağlı olub. 2025-ci ildə istehlakçılar bu növ dələduzluq nəticəsində ümumilikdə 7,9 milyard dollar itirdiklərini qeyd ediblər.

