Gemini istifadəçiləri üçün Google Pay üzərindən hissə-hissə ödəniş işə düşdü
Cashless.az xəbər verir ki, Google AI ilə alış-veriş edən istifadəçilər üçün hissə-hissə ödəniş imkanı yaradıb. Şirkət Google Pay-ə Affirm və Klarna-nın BNPL həllərini inteqrasiya edir.
Yenilik ABŞ-da Gemini tətbiqi və Google Search, o cümlədən AI rejimində aktiv olacaq. İstifadəçilər checkout zamanı birbaşa Affirm və Klarna düymələrini görəcək və alış-verişi hissə-hissə ödəyə biləcəklər.
Qeyd edək ki, inteqrasiya Google-un Universal Commerce Protocol texnologiyası üzərində qurulub və bütün ödənişlər Google Pay vasitəsilə həyata keçirilir.

