Cashless.az-ın məlumatına görə, Elxan Əbilov martda təyin olunan Fərid Qasımzadəni əvəz edib.
“Greentek Group” “GreenPay” elektron pul təşkilatının operatorudur və son 1 ildə rəhbərlikdə üçüncü dəyişiklik qeydə alınıb.
Xatırladaq ki, keçən ilin noyabr ayında Mərkəzi Bank tərəfindən “GreenPay”də plandankənar yoxlama keçirilib. Yoxlama nəticəsində istifadəçi hesablarının qanuna uyğun açılmadığı və internet resursları vasitəsilə qanunsuz əməliyyatların qarşısının alınmasında xətalara yol verildiyi aşkarlanıb. Nəticədə lisenziya çərçivəsindəki bütün ödəniş xidmətləri (istifadəçilərə vəsaitlərin qaytarılması istisna olmaqla) müvəqqəti dayandırılıb.

