2026-cı ilin yanvar–iyul aylarında “biletim.az” portalı vasitəsilə 700 598 bilet onlayn alınıb.
Cashless.az xəbər verir ki, AYNA-nın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Onlayn satışların ümumi bilet satışındakı payı 42%-ə, qabaqcadan alınan biletlərin payı isə 48%-ə yüksəlib.
Hazırda “biletim.az” vasitəsilə 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys və 420 nəqliyyat vasitəsi qoşulub.

