“Huawei” və Lüksemburqda yerləşən SEPA ani ödənişləri üzrə ixtisaslaşmış fintek şirkəti “Yowpay” əməkdaşlıq elan edərək dünyanın ilk Açıq Bankçılıq/SEPA smart saat POS (ödəmə terminalı) tətbiqini istifadəyə veriblər.
Cashless.az xəbər verir ki, bu tətbiq “Huawei” smart saatını ödəniş terminalına çevirir.
“Yowpay”in hesabdan-hesaba (A2A) ödəniş infrastrukturundan istifadə edərək ticarətçilər ödənişləri birbaşa saat vasitəsilə qəbul edə bilirlər.
Müştərilər saatın üzərində göstərilən dinamik QR kodu öz smartfonları ilə skan edərək ənənəvi kart şəbəkələrini keçə və əməliyyat xərclərini azaldırlar.
Tətbiq “Huawei AppGallery”də “Huawei Watch GT” və “Watch Ultimate” seriyaları üçün mövcuddur.

