Azərbaycan Mərkəzi Bankı “T-Kredit” və “Fintrend” bank olmayan kredit təşkilatlarının lisenziyalarını ləğv edib. Qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 29 sentyabr 2026-cı ildə qəbul olunub.
“T-Kredit”in 28 iyul 2026-cı ildə aldığı BKT-51 nömrəli lisenziya təşkilatın öz müraciəti əsasında ləğv edilib. Beləliklə, şirkətin lisenziyası təxminən iki ay qüvvədə olub.
“Fintrend”in 5 iyun 2014-cü il tarixli BKT-24 nömrəli lisenziyası isə prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunması səbəbindən ləğv edilib.
Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən təşkilatlar fəaliyyətlərini dayandırmalı və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada ləğv edilməlidir.

