Cashless.az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin olunub.
Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanovun müvafiq əmrinə əsasən, Mehdi Cavadov sədrin rəqəmsal hökumətin idarə olunması üzrə müşaviri vəzifəsinə gətirilib.
Cavadov 2019-cu ilin fevralından 2023-cü ilin fevralına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub. 2023-cü ilin fevralından 2026-cı ilin may ayına qədər isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində – ASAN Xidmətdə sədrin müşaviri vəzifəsində çalışıb.

