İran mediasının dünyanın ən böyük təbii qaz yatağına aid bir obyektə hava zərbəsi endirildiyini bildirməsindən sonra neftin qiyməti 110 dolları keçib.
Cashless.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti cümə axşamı Asiya ticarətində bir barel üçün 112 dollara qədər yüksəldi ki, bu da çərşənbə axşamı ilə müqayisədə 5%-dən çox artım deməkdir.
Sonradan isə qiymətlər bir qədər aşağı düşüb. Bu artım İranın Cənub Pars qaz yatağındakı neft-kimya kompleksinin vurulması barədə xəbərlərdən sonra baş verdi. Bir neçə saat sonra Qətər də İranın təhdidlərindən sonra Ras-Laffan sənaye zonasında “geniş miqyaslı ziyan” olduğunu açıqlayıb.
Həm neft, həm də qaz qiymətləri kəskin artsa da, onlar münaqişənin əvvəlində qeydə alınan maksimum səviyyələrdən aşağı qaldı. Belə ki, neftin qiyməti martın 9-da bir barel üçün 116.78 dollara çatmışdı.
Qeyd edək ki, hazırda Brent neftinin qiyməti 113 dollardan, Qərbi Texas nefti isə 97 dollardan baha satılır. Azərbaycan nefti Azeri Light isə dünya bazarlarında 119 dollardan baha ticarət edilir.

