2026-cı ilin ilk 3 ayında azərbaycanlıların bank kartlarından 1 milyon 350 min manat oğurlanıb.
Cashless.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Yanvar-mart aylarında ölkə daxilində 4,995 fırıldaqçılıq halı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğdə 3.1 dəfə, sayda isə 5 dəfə çoxdur.
Fırıldaqçılar təkcə Azərbaycanda işləmir. Hesabat dövründə xaricdə də 6,020 hal qeydə alındı. Oğurlanan pul 325 min manatı keçdi. Keçən illə müqayisədə məbləğ 73%, halların sayı 64% artıb.
Ölkədaxili fırıldaqçılığın 98.3%-i onlayn alış-veriş və mobil tətbiqlər üzərindən baş verib.
Ölkə daxilində pulların yalnız 21.4%-i hesab ələ keçirməklə oğurlanıb. Qalan 78.6% başqa üsulların payına düşür. Xaricdə isə əksinə, fırıldaqların 60.2%-i kart fiziki olmadan, internet üzərindən törədilib

