Qlobal kripto birjası hesab edilən KCEX Türkiyədən olan bir istifadəçinin 19 min dollarlıq kripto aktivini “risk yoxlaması” bəhanəsi ilə dondurub.
Cashless.az xəbər verir ki, birja müştəri xidmətləri 25 gündür ki, aktivlərindən istifadə edə bilməyən istifadəçiyə əvvəlcə may, daha sonra isə prosesin iyun 2026-ya qədər uzadılacağını bildirib.
Məlumata əsasən ölkənin Kapital Bazarları üzrə Tənzimləyici Qurumunun (SPK) lisenziyası olmayan KCEX-ə qarşı ölkə daxilində hüquqi yolu faktiki olaraq bağlıdır. Bu hadisə, lisenziyası olmayan xarici kripto birjalarında aktiv saxlamağın risklərini bir daha xatırladıb.
Bildirilir ki, istifadəçilər lisenziyasız platformalarda baş verən belə hallarda hüquqi müdafiə vasitələrindən tamamilə məhrum qalırlar.

