Cashless.az xəbər verir ki, KOBİA daha 9 layihəyə “Startap” şəhadətnaməsi verib. Bununla da innovasiya fəaliyyətinə görə mənfəət vergisindən azad olunan sahibkarların sayı 272-yə çatıb.
KOBİA-ya “Startap” şəhadətnaməsi üçün 13 müraciət daxil olub. Ekspertlər Şurasının iclasında 9-na şəhadətnamənin verilməsi barədə qərar qəbul edilib.
Şəhadətnamələr “Yumo Technology” MMC-nin avtoservis marketpleysi, “Myad Solutions” MMC-nin “Admein.az” taksi reklam platforması, “Mergen Aİ” MMC-nin “HAL-X” süni intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq proqram təminatı, “Baysart” MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz Technologies” MMC-nin “Omnichannel” platforması, “İnnovation Media Services” MMC-nin “İnnMedia” süni intellekt həlli, “Devlab” MMC-nin kadr seçimi platforması və fiziki şəxs Arif Həsənovun əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.



