Kredit kartları üzrə azalma iyul ayında da davam edib.
Cashless.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, iyulda kredit kartlarının sayı 20,6 min azalaraq 2 milyon 24,4 minə düşüb. Beləliklə, son iki ayda kredit kartlarının sayı ümumilikdə 39,4 min azalıb.
Ödəniş kartlarının ümumi sayında da ikinci ay ardıcıl azalma müşahidə olunub. İyulda ödəniş kartların sayı 12,9 min azalaraq 22 milyon 784,8 min olub. Son iki ay ərzində ümumi kart sayında 42,2 minlik azalma qeydə alınıb.
Eyni dövrdə əməkhaqqı kartlarının sayı 5,6 min, digər debet kartlarının sayı isə 48,5 min artıb.
Aylıq azalmaya baxmayaraq, ölkədə ödəniş kartlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.

