İndoneziyada yerləşən fintex şirkəti “Kredivo Group” Vyetnamın rəqəmsal bankı “Timo”nu satın alıb.
Cashless.az xəbər verir ki, məlumata görə razılaşmanın yekun sənədləri artıq imzalansa da, sövdələşmə hələ rəsmi şəkildə elan edilməyib və maliyyə şərtləri açıqlanmayıb.
Şirkət növbəti üç il ərzində Vyetnam bazarına təxminən 15 milyon dollar investisiya yatırmağı planlaşdırır. Məqsəd Cənub-Şərqi Asiyada sürətlə böyüyən fintex bazarında mövqeyini gücləndirməkdir.
Planlara görə inteqrasiya iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə “Kredivo”nun kredit texnologiyası “Timo” platformasına köçürüləcək, daha sonra kart əsaslı yeni ödəniş məhsulları təqdim ediləcək. “Timo” brendinin isə fəaliyyətini davam etdirəcəyi gözlənilir.

