Kriptovalyuta məlumatları və araşdırma platforması Messari şirkət daxilində rəhbərlik dəyişikliyi və struktur yenilənməsi həyata keçirib.
Cashless.az xəbər verir ki, şirkətin baş icraçı direktoru (CEO) Eric Turner vəzifəsindən ayrılıb.
“Messari”nin texniki direktoru (CTO) Diran Li bildirib ki, Turner idarə heyəti ilə aparılan müzakirələrdən sonra vəzifəsini tərk edib və CEO səlahiyyətlərini o özü üzərinə götürüb. Turner isə sosial media hesabında bu keçidi təsdiqləyərək şirkətdə məsləhətçi kimi qalacağını açıqlayıb. Qeyd edək ki, Turner 2024-cü ildə şirkətin qurucusu Ryan Selkis ilə bağlı mübahisəli paylaşımlardan sonra CEO vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, 2018-ci ildə yaradılan “Messari” blokçeyn sahəsində araşdırma hesabatları, bazar məlumatları və Nyu-Yorkda keçirilən “Mainnet” konfransı ilə tanınır. Son dəyişikliklər şirkətin ənənəvi fəaliyyət modelindən çıxaraq daha məhsul yönümlü və süni intellekt əsaslı yanaşmaya keçdiyini göstərir.

