Azərbaycan Mərkəzi Bankında kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqi müzakirə olunub.
Cashless.az xəbər verir ki, AMB sədrinin müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası”nın nümayəndələri ilə görüşdə bu sahə üzrə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işləri müzakirə edib.
Görüşdə həmçinin maliyyə texnologiyaları və ödəniş sektorunda II rübün nəticələri, ekosistemdə formalaşan əsas meyillər və gələcək inkişaf istiqamətləri nəzərdən keçirilib.
Bununla yanaşı, fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması üçün nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

