2025-ci ildə kriptovalyuta və süni intellektlə bağlı fırıldaqçılıqla əlaqədar 181 565 şikayət olub. Zərər isə 11 milyard dolları ötüb. Kiber cinayətlərdən yaranan ümumi itkilər isə 1 milyondan çox şikayətlə təxminən 21 milyard dollar hesablanıb.
Cashless.az xəbər verir ki, bu haqda ABŞ Federal Təhlükəsizlik Bürosunun (FBI) dərc etdiyi illik internet cinayətləri hesabatında qeyd edilib.
Maraqlısı budur ki, investisiya fırıldaqçılığında ən çox pul itirənlər kriptovalyuta istifadəçiləridir. 17 yaş və aşağı uşaqları hədəf alan 13 168 kiber cinayət şikayətinin təxminən 10%-i kriptovalyuta və ya kripto ATM ilə əlaqəli olub. Bu şikayətlər 5 milyon dollardan çox zərərə səbəb olub.
Qeyd edilib ki, dövlət məmurunu təqlid edərək fırldaqçılıq üzrə isə 32 424 şikayət daxil olub və zərər isə 800 milyon dollardır.

