Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC ödəniş təşkilatının vəzifəli şəxsini cərimələyib.
Cashless.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilir ki, maliyyə qurumu tənzimləyici quruma prudensial hesabatları yanlış təqdim edib. Odur ki, “CİBPay”in vəzifəli şəxsi 1 000 manat cərimə edilib.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

