Mərkəzi Bank Maliyyəçisən təcrübə proqramı ilə gənc istedadlara real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Cashless.az xəbər verir ki, proqram çərçivəsində iştirakçılar mərkəzi bankçılıq istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrdə 2 ay müddətində təcrübə keçəcək, peşəkar mühitdə praktik biliklər əldə edəcək və komanda işi bacarıqlarını gücləndirəcəklər.
Təcrübə müddətində iştirakçılar mentor dəstəyi və inkişaf imkanları ilə də təmin olunacaq.
Proqramın müddəti: İyul–avqust
Son müraciət tarixi: 15 aprel 2026-cı il
Proqramın şərtləri, üstünlükləri və təcrübəçi qəbul edən departamentlər barədə ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

