“Bir” ekosistemi m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellekt əsaslı “Ey-ay” çatbotunu istifadəyə verib.
Cashless.az xəbər verir ki, yeni funksiya istifadəçilərə m10 daxilində xidmətləri menyular üzrə axtarmadan, sadəcə çatbotla yazışaraq əməliyyatları daha rahat yerinə yetirməyə imkan verir.
“Ey-ay” vasitəsilə istifadəçilər kommunal ödənişlər edə, balanslarını artıra və m10 tətbiqində mövcud olan digər xidmətləri daha tez tapa biləcəklər.
Yeni çatbot gündəlik maliyyə əməliyyatlarını daha sadə və sürətli etmək üçün hazırlanıb. Bu həll istifadəçilərin tətbiq daxilində lazım olan xidməti daha az addımla tapmasına və əməliyyatı danışıq formatında icra etməsinə şərait yaradır.
Qeyd edək ki, m10 “Bir” ekosisteminə daxil olan rəqəmsal pul kisəsi tətbiqlərindən biridir.

