24 iyun 2026-cı il saat 00:00-dan etibarən m10 tətbiqi ilə ABB kartları arasında əməliyyatlar əlçatan olmayacaq.
Cashless.az xəbər verir ki, istifadəçilər m10 tətbiqindən ABB kartlarına vəsait köçürə bilməyəcək. Eyni zamanda ABB kartları vasitəsilə m10 elektron pul kisəsinin artırılması da mümkün olmayacaq.
ABB-nin digər köçürmə və ödəniş xidmətləri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Qeyd olunur ki, sözügedən əməliyyatların yenidən əlçatan olması ilə bağlı dəyişiklik olarsa, istifadəçilərə əlavə məlumat veriləcək.

