Aparat rəhbəri vəzifəsinə bu sahədə təcrübəyə malik Rauf Namazov təyin edildi.
Cashless.az-ın məlumatına görə, o, bu təyinata qədər Xidmətdə Məlumatların təhlili departamentinin direktor müavini vəzifəsində çalışıb.
Namazov daha əvvəl uzun müddət vergi orqanlarında fəaliyyət göstərib. Həmçinin Maliyyə Monitorinqi Xidmətində müxtəlif vəzifələrdə işləyərək qurumun əsas fəaliyyət istiqamətləri üzrə idarəetmə və koordinasiya proseslərində yaxından iştirak edib.

