Elon Musk (İlon Mask) ilə bağlı məhkəmə qərarı: münsiflər heyəti onun Twitter səhmdarlarını yanıltdığını müəyyən edib.
Cashless.az xəbər verir ki, cümə günü San-Fransiskoda keçirilən məhkəmədə münsiflər heyəti qərara gəlib ki, Mask 2022-ci ildə şirkəti 44 milyard dollara satın almazdan əvvəl etdiyi açıqlamalarla “Twitter”in səhmlərinin qiymətini aşağı salıb və səhmdarları yanlış istiqamətə yönləndirib.
Məhkəmədə Maskın iki tviti və bir podkastdakı çıxışı araşdırılıb.
Münsiflər heyəti tvitlərin yalan və yanıltıcı olduğunu qəbul etsə də, podkastdakı şərhlərə görə onu məsuliyyətə cəlb etməyib. Eyni zamanda, investorların Maskın planlı şəkildə sxem qurduğu ilə bağlı iddiası da rədd edilib.
2022-ci ilin oktyabrında dörd səhmdar Maskı məhkəməyə verərək onun spam botlarla bağlı açıqlamalarına görə böyük zərər gördüklərini iddia etmişdilər. Onların vəkilləri bildiriblər ki, Mask təxminən 2.5 milyard dollar məbləğində təzminat ödəməyə məcbur edilə bilər. Maskın vəkilləri isə qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyiblər.
Mask daha əvvəl də Twitter səhmlərindəki payını gec açıqladığına görə məhkəməyə verilmişdi. O, şirkətin 9.2 faizini alaraq ən böyük səhmdara çevrilmişdi.
Bundan əlavə, “Securities and Exchange Commission” (SEC) Maskın “Twitter” alışını araşdırıb və federal qiymətli kağızlar qanunlarının pozulub-pozulmadığını yoxlayıb. 2025-ci ilin yanvarında SEC Maskı məlumatları gizlədərək səhmləri daha ucuz qiymətə əldə etməkdə ittiham edərək məhkəməyə verib.
Mask işi Vaşinqtondan başqa yerə keçirmək istəsə də, federal hakim bu tələbi rədd edib.

