“Mastercard” Cənubi Koreyaya gələn turistlər üçün yeni funksiyanı təqdim edib.
Cashless.az xəbər verir ki, indi bu ölkəyə gələn turistlər “iPhone”, yaxud “Apple Watch” ilə ictimai nəqliyyatda ödənişləri edə biləcəklər.
Kontaktsız ödəniş imkanının yaradılması “Apple App Store”də “MobileTmoney” tətbiqinin istifadəyə verilməsi ilə mümkün olub. Bildirilir ki, bu tətbiqdə balansı “Apple Wallet”də “Mastercard” debet və kredit kartları ilə artırmaq əlçatan olacaq. Nəticədə heç bir fiziki nəqliyyat kartına və nağd pula ehtiyac qalmadan bu xidmətdən faydalanmaq mümkün olacaq.
Xatırladaq ki, “Android” smartfonları olanlar da kontaktsız mobil tranzit ödənişlərdən faydalana bilərlər. Bunun üçün isə “Google Play”də “KOREA TOUR CARD” kartını yükləmək lazım olacaq. Balansı yenə də “Mastercard” kartları ilə artırmaq mümkündür. Nəticədə, adıçəkilən ödəniş təşklatı, həm iOS, həm də “Android” istifadəçiləri olan turistlər üçün eyni rahatlığı təmin edir.

