Mayın sonundan əksər sahibkarlar QR-la ödəniş qəbul edə biləcək.
Cashless.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransı zamanı bu barədə açıqlama verib.
Taleh Kazımov bildirib ki, mayın sonuna, ən geci iyunun sonuna kimi əksər sahibkarlar QR ödənişləri qəbul edə biləcəklər.
Sədr qeyd edib ki, QR ödənişlər kart sistemi ilə deyil, Ani Ödənişlər Sistemi vasitəsilə icra olunur. Vəsait anında ödəyicinin hesabından çıxılaraq sahibkarın hesabına köçürüləcək və bu sistemdə tariflər əhəmiyyətli dərəcədə aşağı olacaq.
T.Kazımovun fikrincə, QR ödənişlərin tətbiqi “Visa” və “Mastercard”dan asılılığı azaldacaq.

