Elektron pul təşkilatı “PulPal” MMC-də rəhbər dəyişikliyi baş verib.
Mehriban Əlizadə Niyazi qızı şirkətin təkbaşına rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə Vüsal Hadıyevi əvəz edib.
Mehriban Əlizadə daha əvvəl də “PulPal”a rəhbərlik edib. Şirkətdən ayrıldıqdan sonra “Azər Türk Bank”da Biznes Proseslərinin İdarəedilməsi Departamentinin direktoru vəzifəsində çalışıb və daha sonra yenidən “PulPal”a qayıdıb.
“PulPal” Azərbaycan Mərkəzi Bankından elektron pul təşkilatı kimi EPT-008 nömrəli lisenziyanı 24 iyul 2024-cü ildə əldə edib.
Lisenziya şirkətə kredit köçürməsi, birbaşa debetləşmə və ödəniş alətləri ilə əməliyyatların icrası, ekvayrinq, elektron pulun emissiyası və elektron pulla ödənişlərin aparılması, eləcə də ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətləri göstərmək hüququ verir.
Şirkətin nizamnamə kapitalı 1 milyon 422 min 610 manat təşkil edir.

