Mərkəzi Bank “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-nin elektron pul təşkilatı lisenziyalarını ləğv edib.
Qərar Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu əsasında, şirkətlərin müraciəti nəzərə alınaraq qəbul edilib.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən aparılmış plandan kənar yoxlamalar nəticəsində aşkarlanan qanun pozuntuları səbəbindən 3 fevral 2026-cı il tarixindən “Azvvallet” MMC-yə və 13 oktyabr 2025-ci il tarixindən “Greentek Group” MMC-yə bütün ödəniş xidmətlərinin (yalnız istifadəçilərin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) dayandırılması barədə göstəriş verilmişdir.
Son qərardan sonra Azərbaycanda lisenziyalı elektron pul təşkilatlarının sayı 14-ə enib.

