Mərkəzi Bankın məlumatına görə, 1 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində “A-Solutions Elektron Pul Təşkilatı” MMC-də aparılmış yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamanın nəticələrinə əsasən, təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələri üzrə 50 min manat, təşkilatın vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunub.

