Azərbaycanda ilk dəfə elektron pul təşkilatları Açıq Bankçılıq sisteminə qoşulub.
Cashless.az xəbər verir ki, “Mpay” və “Qoldenpey”in Pulz brendi Mərkəzi Bankın Açıq Bankçılıq ekosisteminə inteqrasiya edilib.
Yeni inteqrasiya ilə müştərilər bank və e-pul hesablarını bir tətbiqdə görəcək, ödənişləri vahid ekrandan aparacaq. Məlumatlar isə banklar arasında təhlükəsiz şəkildə ötürüləcək.
AMB-dən bildirilib ki, elektron pul təşkilatlarının qoşulması bazarda rəqabəti artıracaq və yeni rəqəmsal xidmətlərin yaranmasına şərait yaradacaq. Qurum Açıq Bankçılığın mərhələli genişləndiyini, yaxın vaxtlarda digər maliyyə institutlarının da sistemə qoşulacağını açıqlayıb.

