Taleh Kazımov Sadiq Axundovu Mərkəzi Banka baş direktor təyin edib
Cashless.az xəbər verir ki, bununla da, AMB-də baş direktorların sayı 10-a yüksəlib.
1991-ci il təvəllüdlü S.Axundov Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr və magistr dərəcələri ilə bitirib. “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” üzrə fəlsəfə doktoru proqramında təhsil alıb.
Əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank”da başlayıb. “Amrah Bank” və “ZiraatBank Azərbaycan”da İT sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2024-cü ilin martından AMB-də işləyir, son olaraq İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olub.

