Bu ilin noyabrında “Bakı Metropoliteni” QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb ki, bu da illik müqayisədə 4,93 % çoxdur. Təkcə ötən ay NFC ilə ödəniş edərək daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. Bununla da NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.

