Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk rübü üzrə Milli Ödəniş Sistemlərinin fəaliyyət göstəricilərini açıqlayıb.
Cashless.az xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında Milli Ödəniş Sistemləri vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 224,3 milyard manatı, sayı isə 35,1 milyonu ötüb.
Cari ilin ilk 3 ayında AZİPS vasitəsilə 486,9 min əməliyyat üzrə 211,1 milyard manat, XÖHKS vasitəsilə 24,25 milyon əməliyyat üzrə təxminən 12 milyard manat, AÖS ilə isə 10,3 milyon əməliyyat üzrə 1,28 milyard manat həcmində ödəniş həyata keçirilib.

