ABŞ-nin nəhəng investisiya bankı “Morgan Stanley” kriptovalyuta bazarında yeni səhifə açıb. Belə ki, bank ABŞ tarixində ilk dəfədir ki, aparıcı kommersiya bankı adı ilə fiziki “Bitcoin” saxlayan fond yaradıb.
Cashless.az xəbər verir ki, “Morgan Stanley bazarı ələ almaq üçün ən effektiv silahdan istifadə edib.
Belə ki, Bank ABŞ-də rəqiblərindən fərqli olaraq fond bazarında ən aşağı komissiyanı illik 0,14% təqdim edib. Məsələn, “BlackRock” və “Fidelity” kimi nəhənglər 0.25% haqq alarkən, “Morgan Stanley” bu rəqəmi demək olar ki, yarıya endirib.
Bildirilir ki, fondun “Bitcoin” aktivləri “Coinbase” və “BNY Mellon” tərəfindən qorunur. Bu, “Morgan Stanley”in kriptovalyuta sahəsindəki daha geniş planlarının yalnız başlanğıcıdır. Həmçinin bank 2026-cı ilin ilk yarısında “Etrade” platforması vasitəsilə pərakəndə investorlar üçün “Bitcoin”, “Ethereum” və “Solana” ticarətini də açmağı planlaşdırır.

