2026-cı il sentyabrın 10-dan etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında həyata keçirilən Birbank əməliyyatları üzrə komissiya tutulacaq.
Şirkətin rəsmi bildirişinə əsasən, Birbank kartlarına və hesablarına mədaxil zamanı əməliyyat məbləğinin 0,3%-i həcmində komissiya tətbiq ediləcək. Kredit ödənişləri üzrə komissiya isə hər əməliyyat üçün 1 manat təşkil edəcək.
Dəyişiklik yalnız MPAY terminallarında həyata keçirilən müvafiq Birbank əməliyyatlarına şamil olunur. Digər bank və xidmətlər üzrə mövcud komissiya tariflərinin dəyişdirilməsi nəzərdə tutulmur.

