“BakıKart” və Mastercard təhsil işçiləri üçün ictimai nəqliyyatda güzəştli gediş kampaniyasına start verib. Kampaniya çərçivəsində “TəhsilPlus” Mastercard kartı sahibləri Bakı metrosu və avtobuslarda gün ərzində ilk gedişlərini 1 qəpiyə həyata keçirə biləcəklər.
Cashless.az xəbər verir ki, noyabrın 2-dən qüvvəyə minən kampaniyadan həftənin iş günlərində, yəni bazar ertəsindən cümə gününədək yararlanmaq mümkündür.
Güzəştdən istifadə etmək üçün “TəhsilPlus” kartını Apple Pay və ya Google Pay vasitəsilə mobil cihaza əlavə edərək NFC texnologiyası ilə ödəniş etmək lazımdır. Bu zaman gün ərzində ilk gediş üçün kart hesabından 0,01 manat tutulur.
Növbəti gedişlər isə mövcud standart tariflər əsasında hesablanacaq.
Qeyd edək ki, kampaniya “K Group” MMC (“BakıKart”) və Mastercard-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

