2026-cı ilin yanvar–iyul aylarında “ƏDV geri al” layihəsi çərçivəsində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinin ümumi dəyəri təxminən 437,4 milyon manat təşkil edib.
Cashless.az-ın Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, bu əməliyyatlar üzrə fiziki şəxslərə 20 milyon 16,3 min manat ƏDV geri qaytarılıb.
Söhbət bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə əməliyyatlardan gedir.

