Avqust ayında Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 8 milyard 888,2 milyon manat təşkil edib.
Cashless.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 820,9 milyon manat və ya 8,46% azalıb. Buna baxmayaraq, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,76% yüksəkdir.
Hesabat ayında kartlardan 3 milyard 933,3 milyon manat nağdlaşdırılıb.
Avqustda nağdsız dövriyyənin 7 milyard 682,6 milyon manatı e-ticarət, 1 milyard 203,7 milyon manatı isə POS-terminal əməliyyatlarının payına düşüb. E-ticarət əməliyyatlarının həcmi əvvəlki ayla müqayisədə 9,1%, POS-terminal əməliyyatlarının həcmi isə 3,9% azalıb.
Avqustda ölkə xaricində aparılan əməliyyatların həcmi 428,4 milyon manat olub. Bu göstərici əvvəlki ayla müqayisədə 7,8% artıb.
Qeyd edək ki, elektron ticarət göstəricisinə ödəniş kartları ilə internet saytları və mobil tətbiqlər üzərindən həyata keçirilən ödənişlər, o cümlədən mobil bankçılıq və elektron cüzdan tətbiqləri vasitəsilə icra olunan elektron ödənişlər daxildir.

